DÇ-2018 davam edir. Apasport.az saytının məlumatına görə, bu gün mundialda 1/4 final oyunlarına start verilib.
Əvvəlcə Fransa ilə Uruqvay münasibətlərinə aydınlıq gətirib. 1/8 finalda Portuqaliya yığmasını yolundan kənarlaşdıran cənubi amerikalılar növbəti avropalı rəqibini məğlub etmək əzmində idi. Lakin turnirin favoritlərindən olan fransızlar Edinson Kavanisiz Uruqvayı çətinlik çəkmədən məğlubiyyətə uğradıblar.
Günün ikinci oyunu da Cənubi Amerika – Avropa qarşıdurması olub. Braziliya Belçika ilə üz-üzə gəlib. "Pentakampeonlar" növbəti çempionluğu hədəfləsə də, Belçikaya məğlub olub - 1:2.
Bununla da Belçika ilə Fransa yarımfinalda üz-üzə gələcək.
DÇ-2018
1/4 final
6 iyul
Braziliya – Belçika - 1:2
Qollar: Renato Auqusto, 76 - Fernandinyo, 13 (avtoqol); Kevin De Bruyne, 31
Sarı vərəqələr: Fernandinyo, 85 - Tobi Alderveyreld, 48; Tomas Meunier, 71
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)
Kazan Arena
Braziliya: 1. Alisson Beker, 2. Tiaqo Silva, 3. Miranda (k), 9. Qabriel Jezuş (7. Duqlas Kosta, 58), 10. Neymar, 11. Filip Koutinyo, 12. Marselo, 15. Paulinyo (8. Renato Auqusto, 73), 17. Fernandinyo, 19. Villian (20. Firmino, 46), 22. Faqner
Ehtiyat oyunçular: 16. Kassio, 23. Ederson, 4. Jeromel, 6. Felipe Luis, 13. Markinyos, 18. Fred, 21. Tayson, 14. Danilo (zədəli), 5. Kasemiro (cəzalı)
Baş məşqçi: Tite
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Vensan Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 8. Maruan Fellaini, 9. Romelu Lukaku (17. Turi Tilemans, 87), 10. Eden Azar (k), 15. Tomas Meunier, 22. Naser Şadli (3. Tomas Vermalen, 83)
Ehtiyat oyunçular: 12. Simon Minyole, 13. Koen Kastels, 11. Yannik Karrasko, 14. Dris Mertens, 16. Torqan Azar, 18. Adnan Yanuzay, 19. Mussa Dembele, 20. Dedrik Boyata, 21. Mişi Batşuayi, 23. Leander Dendonker
Baş məşqçi: Roberto Martines
Uruqvay - Fransa - 0:2
Qollar: Rafael Varan, 40; Antuan Qrizmann, 61
Sarı vərəqələr: Rodriqo Bentankur, 38; Kristian Rodriges, 69 - Lukas Ernandes, 33; Kilian Mbappe, 69
Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Belatti (hamısı Argentina), Alireza Faqani (İran)
Nijni Novqorod stadionu
Uruqvay: 1. Fernando Muslera, 2. Xose Mariya Ximenes, 3. Dieqo Qodin (k.), 6. Rodriqo Bentankur (18. Maksimiliano Qomes, 59), 8. Naytan Nandes (20. Conatan Urretabiskayya, 73), 9. Luis Suares, 11. Kristian Stuani (7. Kristian Rodriges, 59), 14. Lukas Torreyra, 15. Matias Vesino, 17. Dieqo Laksalt, 22. Martin Kaseres
Ehtiyat oyunçular: 12. Martin Kampanya, 23. Martin Silva, 4. Gilyermo Varela, 5. Karlos Sançes, 10. Corcian de Arraskaeta, 13. Qaston Silva, 16. Maksimilyano Perreyra, 19. Sebastyan Koates, 21. Edinson Kavani (zədəli)
Baş məşqçi: Oskar Tabares
Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann (18. Nabil Fekir, 90+3), 9. Olivye Jiru, 10. Kilian Mbappe (11. Usman Dembele, 88), 12. Korentin Tolisso (15. Stiven Nzonzi, 80), 13. Nqolo Kante, 21. Lukas Ernandes
Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Alfons Areola, 3. Prenel Kimpembe, 8. Toma Lemar, 17. Adil Rami, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 14. Blez Matuidi (cəzalı)
Baş məşqçi: Didye Deşam
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək