[b]DÇ-2018-də 1/8 finalın bütün cütləri müəyyənləşdi[/b]
28.06.2018 - 23:56
[b]DÇ-2018-də 1/8 finalın bütün cütləri müəyyənləşdi[/b]

DÇ-2018-də qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bununla da mükafatlar uğrunda mübarizəni davam etdirəcək 16 komanda müəyyənləşib.

 

Artıq 1/8 final mərhələsinin bütün cütləri bəllidi. Bu raundun son iki cütünü Belçika – Yaponiya və Kolumbiya – İngiltərə təşkil edib. Bir günlük fasilədən sonra davam edəcək mundialın bu mərhələsinin qarşılaşmaları 4 gün ərzində keçiriləcək.

 

DÇ-2018

1/8 final

30 iyun

18:00. Fransa – Argentina

22:00. Uruqvay – Portuqaliya

1 iyul

18:00. İspaniya – Rusiya

22:00. Xorvatiya – Danimarka

2 iyul

18:00. Braziliya - Meksika

22:00. Belçika – Yaponiya

3 iyul

18:00. İsveç – İsveçrə

22:00. Kolumbiya – İngiltərə