[b]DÇ-2018: Deşam rekordu təkrarladı[/b]
26.06.2018 - 19:23
[b]DÇ-2018: Deşam rekordu təkrarladı[/b]

Fransa yığmasının baş məşqçisi Didye Deşam həmkarı Raymon Domenekin rekordunu təkrarlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, buna dünya çempionatının qrup mərhələsində Danimarka ilə keçirilən qarşılaşmada nail olub.

 

Belə ki, hazırda davam edən görüş fransızların Deşamın rəhbərliyi altında 79-cu matçıdı. Bununla çalışdırıcı rekordçu Domenekə çatıb. 49 yaşlı mütəxəssis mundialın 1/8 final görüşündə mütləq rekordçu olacaq.

 

Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa millisinə başçılıq edir.