[b]DÇ-2018: FİFA hesabı açanı fərqləndirdi[/b]
26.06.2018 - 20:07
[b]DÇ-2018: FİFA hesabı açanı fərqləndirdi[/b]

Dünya çempionatının C qrupunda keçirilən Avstraliya – Peru görüşünün ən yaxşı futbolçusu açıqlanıb. Apasport.az saytının məlumatına görə, matçdan qalib ayrılan ikincilərin yarımmüdafiəçisi Andre Karrilyo bu baxımdan seçilib.

 

Belə ki, FİFA 18-ci dəqiqədə hesabı açan futbolçunu ən yaxşı seçib.

 

Qeyd edək ki, Avstraliyanı 2:0 hesabı ilə məğlub edən Peru qrupu 3-cü pillədə başa vurub.