[b]DÇ-2018: Fransaya Danimarka qoşuldu[/b]
26.06.2018 - 19:55
[b]DÇ-2018: Fransaya Danimarka qoşuldu[/b]

Rusiyada keçirilən dünya çempionatında daha bir komanda yoluna davam edib. Apasport.az saytının məlumatına görə, C qrupundakı mübarizədən sonra Fransaya Danimarka qoşulub.

 

Məhz bu iki komanda arasında baş tutan son matçda qolsuz bərabərlik qeydə alınıb. Bu üzdən Fransa qrupu 1-ci, Danimarka 2-ci pillədə başa vurub. Avstraliya ilə Peru üçün isə mundial həyəcanı başa çatıb.

 

Qeyd edək ki, Fransa və Danimarka 1/8 final mərhələsində D qrupunu ilk iki sırada tamamlayacaq komandalarla qarşılaşacaq.