[b]DÇ-2018: Futbol tarixində ilk[/b]
01.07.2018 - 20:14
[b]DÇ-2018: Futbol tarixində ilk[/b]

DÇ-2018-in 1/8 final mərhələsinin hazırda davam edən İspaniya – Rusiya matçı tarixə düşüb. Apasport.az saytının məlumatına görə, əsas vaxtında qalibi müəyyənləşməyən və əlavə vaxta ehtiyac olan oyunda komandalar ilk dəfə 4-cü oyunçu dəyişikliklərindən istifadə ediblər.

 

FİFA-nın ilk dəfə bu mundialda istifadə edilən yeni qaydalarına görə, matçlar əlavə vaxta gedərsə, komandalara 4-cü dəyişiklik etməyə icazə verilir.

 

Rusiya millisində 97-ci dəqiqədə Kuzyayevin yerinə Eroxin, İspaniya yığmasında isə 104-cü dəqiqədə Asensionun yerinə Rodriqo meydana çıxıb.