[b]DÇ-2018: İngilis futbolçu düşərgəni tərk etdi[/b]
30.06.2018 - 00:19
[b]DÇ-2018: İngilis futbolçu düşərgəni tərk etdi[/b]

İngiltərə yığma komandasının oyunçusu Fabian Delf millinin düşərgəsini tərk edib. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, buna səbəb futbolçunun yeni doğulmuş körpəsidir.

 

Belçika ilə qrupun son oyunundan sonra (0:1) Kalininqraddan birbaşa vətəninə uçan oyunçu mundial başlamamışdan bu barədə baş məşqçi Qaret Sautqeytlə məsləhətləşmiş və ondan icazə almışdı.

 

Yarımmüdafiəçinin iyulun 3-də Moskvada keçiriləcək Kolumbiya ilə 1/8 final matçına kimi düşərgəyə dönəcəyi gözlənilir.