[b]DÇ-2018: Kapitan seçildi[/b]
08.07.2018 - 01:00
[b]DÇ-2018: Kapitan seçildi[/b]

Rusiyada keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, mərhələnin son qarşılaşması olan Rusiya – Xorvatiya görüşünün ən yaxşı futbolçusu müəyyənləşib.

 

FİFA penaltilər seriyası ilə qalibin müəyyənləşdiyi görüşdə xorvatların kapitanı Luka Modriçi mükafatlandırıb.

 

Qeyd edək ki, 2:2 hesabı ilə nəticələnən matçda Xorvatiya penaltilər seriyası ilə qalib gələrək, yarımfinala adlayıb.