[b]DÇ-2018: Kavaninin durumuna aydınlıq gəldi [/b]
05.07.2018 - 12:51
[b]DÇ-2018: Kavaninin durumuna aydınlıq gəldi

[/b]

Dünya çempionatının 1/4 final mərhələsində Fransa ilə qarşılaşacaq Uruqvay millisində hücumçu Edinson Kavaninin durumuna aydınlıq gəlib. Apasport.az-ın ESPN-ə istinadən məlumatına görə, ulduz futbolçu sabahkı matça yetişməyəcək.

 

Əvvəlki mərhələdə Portuqaliya ilə oyunda zədələnən forvard son 3 məşqdə iştirak etməyib. Baş məşqçi Oskar Tabares artıq onu kiminlə əvəzləyəcəyini düşünür. Çalışdırıcı iki variant arasında qalıb: ya Kristian Stuani ilk dəqiqələrdən meydanda olacaq, ya da Kristian Rodrigesə şans verib, 4-5-1 taktiki sxeminə üstünlük veriləcək.

 

Qeyd edək ki, sabah keçiriləcək Uruqvay – Fransa qarşılaşması Bakı vaxtı ilə 18:00-da başlayacaq.