Rusiyada keçirilən dünya çempionatında bu gün 1/4 final mərhələsinin ilk iki matçı oynanılıb. Apasport.az saytının məlumatına görə, Belçika və Fransa yarımfinala adlayıbsa, Braziliya ilə Uruqvay mundialla vidalaşıb.
Bununla da Rusiyada yoluna davam edən komandalar arasında yalnız avropalılar qalıb. Sabah baş tutacaq 1/4 final qarşılaşmalarında isə “köhnə dünya”nın digər təmsilçiləri – İsveçlə İngiltərə, Rusiya ilə isə Xorvatiya üz-üzə gələcək.
Beləliklə, ardıcıl 4-cü dəfə Avropa komandası dünya çempionu olacaq. Son üç mundialda müvafiq olaraq İtaliya, İspaniya və Almaniya bunu bacarmışdı.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək