[b]DÇ-2018: Mbappe Pelenin rekordunu təkrarladı[/b]
30.06.2018 - 21:52
[b]DÇ-2018: Mbappe Pelenin rekordunu təkrarladı[/b]

Fransa millisinin hücumçusu Kilian Mbappe əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, o, buna dünya çempionatının 1/8 final mərhələsində Argentina ilə qarşılaşmada nail olub.

 

Belə ki, matçda dubl edən Mbappe 1958-ci ildən bəri bunu bacaran ən gənc oyunçu olub. Sonuncu dəfə DÇ-1958-də məhz Pele İsçevlə qarşılaşmada rəqibi 2 dəfə mərkəzə dəvət etmişdi. Pele bunu 17 yaş 8 aylığında etmişdisə, Mbappe 19 yaş 6 aylığında mundialda dubl sevinci yaşayıb.

 

Qeyd edək ki, Fransa Argentinanı 4:3 hesabı ilə məğlub edərək, adını 1/4 finala yazdırıb.