[b]DÇ-2018: Meksikadan Cənubi Koreyaya içki hədiyyəsi[/b]
28.06.2018 - 12:15
[b]DÇ-2018: Meksikadan Cənubi Koreyaya içki hədiyyəsi[/b]

Cənubi Koreya yığmasının dünya çempionatında Almaniya üzərində qələbəsi (2:0) Meksikada sevinclə qarşılanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Meksikanın ticarət markalarından olan “Estrella Jalisco” asiyalıların Vaşinqtondakı səfirliyinə pulsuz içki göndərib.

 

Pivə şirkəti belə bir hədiyyə ilə Cənubi Koreyaya təşəkkür edib. “Estrella Jalisco” Meksika yığmasının rəsmi sponsorudu.

 

Qeyd edək ki, Meksika qrup mərhələsinin son turunda İsveçə böyük hesabla (0:3) məğlub olmasına baxmayaraq, Cənubi Koreyanın Almaniya üzərindəki qələbəsi sayəsində 1/8 finala adlayıb.