[b]DÇ-2018: Misir – Uruqvay matçının ən yaxşısı – FOTO[/b]
15.06.2018 - 18:48
[b]DÇ-2018: Misir – Uruqvay matçının ən yaxşısı – FOTO[/b]

DÇ-2018-in A qrupunda ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, qrupun ikinci matçında Uruqvayla Misir üz-üzə gəlib.

 

Cənubi amerikalıların 1:0 hesablı qələbəsi ilə başa çatan matçın ən yaxşı oyunçusu Misirin qapıçısı Mohammed El Şanavi seçilib.

 

FİFA-nın rəsmi saytı vasitəsilə keçirilən sorğunun qalibi olan “çərçivə qoruyucusu” 89 dəqiqə boyunca qapısını qola qapadıb. Bu müddətdə komandasını 3 dəfə real qoldan xilas edən El Şanavi son dəqiqədə Ximenezin başla zərbəsinə əngəl ola bilməyib.