[b]DÇ-2018: Pikfordun qurtarışları mükafatsız qalmadı[/b]
07.07.2018 - 19:59
Dünya çempionatının 1/4 final mərhələsində keçirilən İsveç - İngiltərə matçının ən yaxşı futbolçusu bəlli olub. Apasport.az saytının məlumatına görə, FİFA ikincilərin futbolçusunu fərqləndirib.
Belə ki, ingilislərin qapıçısı Yordan Pikford ali futbol qurumu tərəfindən qarşılaşmanın ən yaxşısı seçilib. Bunda onun bir neçə epizodda komandasını qoldan xilas etməsi böyük rol oynayıb.
Beləliklə, İsveç üzərində 2:0 hesablı qələbə qazanan İngiltərə millisi yarımfinalda bu gün keçiriləcək Rusiya – Xorvatiya matçının qalibi ilə qarşılaşacaq.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0