[b]DÇ-2018: Polşa məşqçisini yola salır[/b]
03.07.2018 - 15:12
[b]DÇ-2018: Polşa məşqçisini yola salır[/b]

DÇ-2018-in Rusiyada keçirilən final mərhələsi daha bir yığmanın baş məşqçisi ilə yollarını ayırmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, Polşa yığmasında çalışdırıcı dəyişikliyi gerçəkləşəcək.

 

Belə ki, Polşa Futbol Federasiyası baş məşqçi Adam Navalka ilə müqavilənin müddətini uzatmamağa qərar verib. İyulun 30-dək anlaşması olan mütəxəssis həmin gündən işsiz qalacaq.

 

Bunu federasiyanın prezidenti Zbiqnev Bonek açıqlayıb. O, xüsusi təşkil olunan mətbuat konfransında bildirib ki, 2013-cü ildən yığmaya rəhbərlik edən Navalkayla əməkdaşlıq uzadılmayacaq.

 

Qeyd edək ki, Polşa millisi DÇ-nin qrup mərhələsində keçirdiyi 3 oyunda 3 xal toplamaqla Kolumbiya, Yaponiya və Seneqalla mübarizədə sonuncu yeri tutub.