[b]DÇ-2018: Qrizmann hamıdan yaxşıdı[/b]
06.07.2018 - 20:03
Dünya çempionatının 1/4 final mərhələsində keçirilən Uruqvay – Fransa matçının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, FİFA ikincilərin hücumçusu Antuan Qrizmannı fərqləndirib.
Bu da səbəbsiz deyil. Belə ki, görüşü yüksək səviyyədə keçirən forvard 61-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb. Bununla da fransızlar 2:0 hesablı qələbə qazanaraq, yarımfinala adlayıb.
Qeyd edək ki, Fransanın yarımfinaldakı rəqibi Braziliya – Belçika oyununun qalibi olacaq.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0