[b]DÇ-2018: Qrup mərhələsini 2 milyondan çox adam izləyib[/b]
29.06.2018 - 10:42
[b]DÇ-2018: Qrup mərhələsini 2 milyondan çox adam izləyib[/b]

Rusiyada keçirilən dünya çempionatında qrup mərhələsi geridə qaldı. Apasport.az saytının “R Sport”a istinadən məlumatına görə, 48 qrup oyununu toplam 2 milyon 178 min 394 azarkeş stadionlardan izləyib. Bu, oyun başına 45 min 400 azarkeş deməkdi.

 

Qeyd edək ki, 14-28 iyun aralığında keçirilən qrup mərhələsi oyunlarına Rusiyanın 11 şəhərində yerləşən 12 stadion ev sahibliyi edib.

 

FIFA-nın statistikasına görə, 21 iyun tarixinə qədər 2,6 milyondan artıq bilet satılmışdı. Biletlərin satışı 15 iyula qədər davam edəcək.