[b]DÇ-2018: Rusiya millisində ciddi itki[/b]
15.06.2018 - 15:08
Dünya çempionatına ev sahibliyi edən Rusiya ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı ilə qarşılaşmada zədələnərək əvəzlənən Alan Dzaqoyev 2 həftəyədək komandasına kömək edə bilməyəcək.
Bu, yarımmüdafiəçin qrup mərhələsindən kənar qalacağı deməkdi. Dzaqoyevin Misir və Uruqvayla matçları azarkeş kimi izləyəcəyi bildirilir.
Qeyd edək ki, mundialın açılış matçında Rusiya Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə məğlub edib. Dzaqoyev isə görüşün 24-cü dəqiqəsində əzələsini dartdığından əvəzlənib.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0