[b]DÇ-2018: Rusiya mundialla vidalaşdı, Xorvatiya və İngiltərə yarımfinalda - YENİLƏNİB[/b]
08.07.2018 - 00:50
[b]DÇ-2018: Rusiya mundialla vidalaşdı, Xorvatiya və İngiltərə yarımfinalda - YENİLƏNİB[/b]

Bu gün dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bununla növbəti yarımfinalçılar müəyyənləşib.

 

Baş tutan iki qarşılaşma eyni zamanda yarımfinalda növbəti cütlüyə aydınlıq gətirib.

 

Mundialın sürpriz komandalarından olan İsveç İngiltərə sınağına çıxıb. Dünya çempionatını qazanmağı qarşısına məqsəd qoyan ingilislər rəqibin sensasiya etməsinə imkan verməyib. İki cavabsız qol ada təmsilçisini yarımfinala daşıyıb.

 

1/8 finalda İspaniya kimi nəhəng komandanı sıradan çıxaran Rusiya yoluna davam etmək niyyətində idi. Ancaq güclü yarımmüdafiə xəttinə malik Xorvatiya da ev sahiblərini mübarizədən kənarlaşdırmaqda qərarlı görünürdü. 90 dəqiqə ərzində komandalar hərəyə bir dəfə fərqləndiyindən, əlavə vaxta ehtiyac duyulub. Burda da qalib müəyyənləşməyib və qalib penaltilər seriyası ilə bilinib. Zərbələri daha dəqiq yerinə yetirən Xorvatiya yarımfinalda İngiltərəyə rəqib olub.

 

Dünya çempionatı

1/4 final

7 iyul


Rusiya – Xorvatiya - 2:2 (Penaltilər seriyası - 3:4)

Qollar: Denis Çerışev, 31; Mario Fernandes, 115 - Andrey Kramariç, 39; Domaqoy Vida, 101

Sarı vərəqələr: Yuri Qazinski, 109 - Deyan Lovren, 35; İvan Ştriniç, 38; Domaqoy Vida, 101; Yosip Pivariç, 114

Baş hakim: Sandro Rikki (Braziliya)

Soçi. “Fişt” stadionu

Rusiya: 1. İqor Akinfeyev (k), 2. Mario Fernandes, 3. İlya Kutepov, 4. Sergey İqnaşeviç, 6. Denis Çerışev (10. Fyodor Smolov, 67), 7. Daler Kuzyayev, 11. Roman Zobnin, 13. Fyodr Kudryaşov, 17. Aleksandr Qolovin (9. Alan Dzaqoyev, 102), 19. Aleksandr Səmədov (21. Aleksandr Yeroxin, 54), 22. Artyom Dzyuba (8. Yuri Qazinski, 79)

Ehtiyat oyunçular: 12. Ruslan Lunyov, 20. Vladimir Qabulov, 5. Andrey Semyonov, 14. Vladimir Qranat, 15. Aleksey Mirançuk, 16. Anton Mirançuk, 18. Yuri Jirkov, 23. İqor Smolnikov

Baş məşqçi: Stanislav Çerçesov

Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko (5. Vedran Çorluka, 97), 3. İvan Ştriniç (22. Yosip Pivariç, 74), 4. İvan Perişiç (11. Marselo Brozoviç, 63), 6. Deyan Lovren, 7. İvan Rakitiç, 9. Andrey Kramariç (8. Mateo Kovaçiç, 88), 10. Luka Modriç (k), 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida

Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badel, 20. Marko Pyaça

Baş məşqçi: Zlatko Daliç

 

İsveç – İngiltərə - 0:2

Qollar: Harri Maquayr, 30; Dele Alli, 59

Sarı vərəqələr: Sebastyan Larsson, 90+4 - Harri Maquayr, 87

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Samara. “Kosmos Arena”

İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf, 4. Andreas Qrankvist (k.), 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson, 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq (5. Martin Olsson, 65), 16. Emil Kraft (18. Pontus Yansson, 85), 17. Viktor Klasson, 20. Ula Toyvonen (11. Yon Quidetti, 65)

Ehtiyat oyunçular: 12. Karl-Yohan Yonsson, 23. Kristoffer Nordfeldt, 13. Qustav Svensson, 14. Filip Helander, 15. Oskar Hilyemark, 19. Markus Roden, 21. Cimmi Durmaz, 22. İsaak Kise Telin, 2. Mikael Lustiq (cəzalı)

Baş məşqçi: Yan Andersson

İngiltərə: 1. Yordan Pikford, 2. Kayl Uolker, 5. Con Stounz, 6. Harri Maquayr, 7. Yesse Linqard, 8. Cordan Henderson (4. Erik Dayer, 85), 9. Harri Keyn, 10. Rahim Sterlinq (19. Markus Reşford, 90+1), 12. Kiran Trippier, 18. Eşli Yanq, 20. Dele Alli (17. Fabian Delf, 77)

Ehtiyat oyunçular: 13. Cek Butland, 23. Nik Pope, 3. Denni Rouz, 11. Ceymi Vardi, 14. Denni Uelbek, 15. Qari Keyhill, 16. Fil Cons, 21. Ruben Loftus-Çeyk, 22. Trent Aleksandr-Arnold

Baş məşqçi: Qaret Sautqeyt