Misir yığmasının mətbuatla iş üzrə departamentinin nümayəndəsi Usama İsmail komandanın lideri Məhəmməd Salahın Ramazan Kadırova görə yığmanın düşərgəsini tərk etməyə hazırlaşdığına dair yayılan informasiyaya münasibət bildirib. Apasport.az saytının RT-ə istinadən məlumatına görə, misirli futbolçu yazılanların əksinə, hazırda komandanın düşərgəsindədi.
“Belə bir şey yoxdu. Salah hazırda məşq düşərgəsindədi və həmkarları ilə birlikdə çalışmalarını davam etdirir. O, delaqasiyanın rəhbərliyinə bu barədə heç nə deməyib. CNN-in bu məlumatı hardan əldə etdiyini bilmirəm. Hətta Salah indi bizlədi. Birlikdə yemək yeyirik” deyə, Usama bildirib.
Qeyd edək ki, Misir yığması bu gün Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək