Meksika millisinin hücumçusu Xavyer Ernandes iddialı açıqlama ilə diqqət çəkib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Çikarito dünya çempionu olmaq şanslarını dəyərləndirib.
Ulduz futbolçu bir neçə örnək göstərərək, mundialın qalibi ola biləcəklərini vurğulayıb: “Dünya çempionu olmaq? Niyə biz Yunanıstanın 2004-cü ildəki uğurunu təkrarlamayaq və ya Premyer Liqa çempionu olan “Lester” kimi sürpriz etməyək? Mənə deyin: niyə də yox? Yunanıstana, “Lester”ə, milyonlarla nümunəyə baxın”.
Qeyd edək ki, Meksika yığması dünya çempionatının qrup mərhələsində Almaniya, İsveç və Cənubi Koreya ilə qarşılaşacaq.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır