[b]DÇ-2018: Tarixin ən yaşlı Argentinası[/b]
26.06.2018 - 22:48
Rusiyada keçirilən dünya çempionatının D qrupu çərçivəsində Argentina yığması Nigeriya ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, cənubi amerikalılar ən yaşlı heyətlə meydana çıxıb.
Belə ki, start heyətində yer alan futbolçular ümumilikdə orta hesabla 30 yaş 189 gündədi. Bu isə Argentina millisinin dünya çempionatarı tarixindəki ən yaşlı komandası deməkdi.
Qeyd edək ki, hazırda birinci hissəsi gedən Argentina – Nigeriya görüşündə “tanqoçular” 1:0 hesabı ilə öndədi.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0