[b]DÇ-2018: Ulduz futbolçu ilk turu buraxa bilər[/b]
15.06.2018 - 13:53
[b]DÇ-2018: Ulduz futbolçu ilk turu buraxa bilər[/b]

Dünya çempionatının qrup mərhələsinin ilk turunda Yaponiya ilə qarşılaşacaq Kolumbiya matça ciddi itki ilə çıxa bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Hames Rodriges zədə səbəbindən komandasından ayrı düşüb.

Belə ki, ulduz futbolçu komandasının son açıq məşqinə qatılmayıb. Kazanda baş tutan məşq prosesini 500-ə yaxın azarkeş izləyib. Hameslə yanaşı, digər yarımmüdafiəçi Vilmar Barrios da kollektivlə birlikdə məşq etməyib. Onların Yaponiya ilə qarşılaşmada iştirakı sual altındadı.

Qeyd edək ki, Kolumbiya – Yaponiya görüşü iyunun 19-da keçiriləcək.