[b]DÇ-2018: Uruqvayda ciddi itki[/b]
04.07.2018 - 20:58
[b]DÇ-2018: Uruqvayda ciddi itki[/b]

DÇ-2018-də yoluna davam edən Uruqvay millisi ciddi itki ilə üz-üzədir. Apasport.az saytının məlumatına görə, Edison Kavani növbəti oyunu buraxa bilər.

 

Bu barədə xəbər yayan Fransanın nüfuzlu “L`Equipe” nəşri bildirib ki, 1/8 final çərçivəsində Portuqaiya ilə qarşılaşmada zədələnən hücumçu 1/4 finaldakı Fransa matçına kimi sağalmayacaq.

 

Hazırda məşqlərini fərdi qaydada davam etdirən Kavani qrup hazırlıqlarına qoşulmayıb.

 

Qeyd edək ki, Uruqvay – Fransa görüşü iyulun 6-ı keçiriləcək.