Donald Gerye Azərbaycana qayıda bilər
18.03.2024 - 17:27
"Qarabağ" və "Neftçi"də çıxış etmiş Vild-Donald Gerye yenidən Azərbaycanda oynaya bilər.
Apasport.az saytına verilən məlumata görə, haitili futbolçu menecerlər vasitəsilə ölkəmizdə oynamaq istədiyini klublara çatdırıb.
34 yaşlı futbolçu ona maraq göstərən, rəsmi təklif göndərən klub olacağı təqdirdə, düşünmədən müqavilə imzalayacaq.
Qeyd edək ki, son olaraq Litvada "Panejevis"də oynamış Gerye bundan əvvəl "Zirə", "Olimpiakos"(Nikosiya), "Apollon Limassol" ,"Qarabağ", "Neftçi", "Alanyaspor", "Visla"(Krakov) klublarında çıxış edib.
- "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır
- “Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO
- II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib
- “Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib - FOTO
- “Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq
0
0