Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı infrastruktur işlərinin vəziyyəti barədə media nümayəndələri üçün tur təşkil edib.
Apasport.az xəbər verir ki, media turu çərçivəsində yarışın keçirilməsi üçün yaradılan infrastruktur və görülən hazırlıq işləri barədə ətraflı məlumat verilib.
“Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev görülən işlər, infrastrukturun hazırlıq vəziyyəti və həyata keçirilən layihələr barədə media nümayəndələrini məlumatlandırıb.
Qeyd edək ki, tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-cı il oktyabrın 22-dən 30-dək Azərbaycanda təşkil olunacaq. Yarışın böyük əksəriyyətinin oyunları Hövsan Yarış Kompleksində keçiriləcək.