Gəncədə yeni rekord
22.11.2026 - 21:56
Misli Premyer Liqasında yeni tamaşaçı rekordu qeydə alınıb.
Apasport.az xəbər verir ki, 2026/27 mövsümünün yeni rekordu XII turun “Kəpəz” – “Qarabağ” görüşünə (0:0) təsadüf edib.
Gəncə şəhər stadionundakı qarşılaşmanı 15500 izləyici seyr edib. Bu, cari mövsümdə ən yüksək göstəricidir.
Bunadək rekord “Kəpəz”in digər ev oyununda qeydə alınmışdı. IV turun sentyabrın 4-də keçirilən “Şamaxı” ilə qarşılaşmasını (1:4) Gəncə şəhər stadionunda 15000 tamaşaçı seyr edib.
0
0