Əliyar Ağayev A Liqasının oyununda
16.11.2024 - 10:44

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Ağayev UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matçın VAR hakimləri Polşadan Tomasz Kwiatowski və Pawel Pskit olacaq.
Noyabrın 19-da Zenitsa şəhərində yerləşən “Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
- Elçin Məsiyev Avropa çempionatının matçına təyinat alıb
- “Qarabağ” Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi olub
- Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Vasili Berezutski: “Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”
0
0