Emin Mahmudovun son durumu
12.03.2024 - 14:17
“Neftçi”nin Misli Premyer Liqasının 26-cı turunda “Kəpəz”lə matçda zədələnən kapitanı Emin Mahmudovun son durumu açıqlanıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onun daban oynağında ödəm müşahidə olunur, bağlarda isə ciddi zədələr yoxdur.
Hazırda müalicə prosesinə başlanılıb. 31 yaşlı yarımmüdafiəçinin 2-3 günə məşqlərə qoşulması planlaşdırılır.
- "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır
- “Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO
- II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib
- “Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib - FOTO
- “Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq
1
0