[b]Ən yaxşılar müəyyənləşdi: Yenə qol müəllifləri
[/b]
28.06.2018 - 20:12
DÇ-2018-in qrup mərhələsinin son turu çərçivəsində keçirilən Yaponiya – Polşa və Seneqal – Kolumbiya matçlarının ən yaxşıları məlum olub. Apasport.az saytının məlumatına görə, nominal qonaqların 1:0 hesabı ilə qalib gəldiyi matçların hər ikisində qol müəllifləri fərqləndirilib.
Ardıcıl 2-ci qələbəni qazanan Kolumbiyanın futbolçusu Yerri Mina Seneqalla matçın qəhrəmanı olub. Polşa millisində isə Yan Bednarek matçın admı seçilib.
Qeyd edək ki, qol müəlliflərinin ən yaxşı seçilməsi Rusiyadakı mundialın əksər qarşılaşmalarında qeydə alınıb.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0