“Bildiyiniz kimi, ölkəmiz indiyədək bir çox mötəbər idman yarışlarına ev sahibliyi edib. Növbəti belə tədbirlərdən biri isə gələn il, sentyabrın 5–6-da keçiriləcək “IRONMAN 70.3 BAKU” triatlonu olacaq”.
Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə deyib.
Onun sözlərinə görə, yarışda 2500 atletin iştirakı nəzərdə tutulur:
“Paytaxtın mərkəzində təşkil olunacaq bu mötəbər yarış üç mərhələdən ibarət olacaq - üzgüçülük, velosiped və qaçış. İdmançılar bu mərhələlərdə öz güclərini sınayacaqlar. Minlərlə azarkeşin izləyəcəyi tədbir əsl idman bayramına çevriləcək. Qeyd etmək istərdim ki, ölkə başçısının idmana göstərdiyi xüsusi diqqət və yaradılan yüksək infrastruktur nəticəsində Azərbaycan bu kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edir”.
- Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir