Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə fiziki imkanları məhdud uşaqlar üçün idman tədbiri keçirilib.
Apasport.az xəbər verir ki, tədbirin məqsədi uşaqlarda idmana marağın artırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi və sağlam həyat tərzinin təşviqi olub. İştirakçılar padel idman növü ilə tanış olub, müxtəlif idman fəaliyyətlərində iştirak edərək yaddaqalan anlar yaşayıblar.
Tədbirə Azərbaycan Tennis Federasiyasının və digər qurumların nümayəndələri də qatılıblar.
Qeyd edək ki, yaxın vaxtlarda xüsusi olimpiya idmançıları üçün yeni idman layihələrinin həyata keçirilməsi və onların beynəlxalq yarışlara hazırlığı istiqamətində işlərin aparılması nəzərdə tutulur.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar