
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlanıb.
Apasport.az xəbər verir ki, azarkeşlər biletləri www.azerbaijangp.com veb səhifəsindən əldə edə bilər.
Həmçinin, “Baku City Circuit” mobil tətbiqi üzərindən 20 % güzəştlə biletlər almaq mümkündür.
Bu fürsət yalnız fevralın 5-dək davam edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri Pit zolağı gəzintisi imkanı əldə edərək, komandalarını, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar.
Ötən il Pit zolağı gəzintisində iştirakçı sayı rekord sayda olub. Yarış həftəsi ərzində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumatlar mütəmadi olaraq azarkeşlərə təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO