"Formula 1" tarixinin ən zəngin 5 pilotu açıqlanıb.
Apasport.az xəbər verir ki, məşhur "GQ" jurnalı "Formula1" pilotlarının qazanclarını araşdırıb və onların karyeraları boyu topladıqları sərvətləri sıralayıb.
Siyahının başında turnir tarixinin ən uğurlu pilotlarından biri olan Mixael Şumaxer qərarlaşıb. 7 dünya çempionluğu olan Şumaxer 554 milyon dollarlıq sərvəti ilə birinci yerdədir.
İkinci yerdə müasir dövrün ən uğurlu adlarından biri olan Lyuis Hamiltondur. 2007-ci ildən trasda olan Hamilton indiyə qədər 7 dəfə dünya çempionu olub və ümumilikdə 263 milyon dollar sərvətə sahibdir.
İkiqat dünya çempionu Fernando Alonso siyahıda üçüncüdür. 2001-ci ildən Formula 1-də yarışan Alonso 239 milyon dollarlıq sərvəti ilə diqqət çəkir.
Siyahıda dördüncü yerdə üçqat dünya çempionu Niki Lauda qərarlaşıb. 1971-1985-ci illər arasında yarışan Lauda karyerası ərzində 184 milyon dollar sərvət toplayıb.
Beşinci yerdə 2007-ci il dünya çempionu Kimi Raykönendir. Turnirin ən xarizmatik adlarından biri kimi tanınan fin pilot 168 milyon dollarlıq sərvəti ilə siyahını tamamlayır.
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO