Hacı Əliyev də Parisə YOLLANIR!
07.04.2024 - 18:51
Hacı Əliyev Paris-2024 Olimpiya Oyunlarına lisenziya qazanıb.
Apasport.az xəbər verir ki, 3-qat dünya çempionumuz buna Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində imza atıb.
O, Həmzət Arsamerzoyevə (Fransa) 5:2, ardınca Niurqun Skriabinə (AİN) 4:2 hesabı ilə qalib gələrək yarımfinalda İslam Dudayevlə (Albaniya) qarşılaşıb. 65 kq çəkidə çıxış edən Əliyev həlledici qarşılaşmanı da aktivinə yazıb. O, 0:3 hesabı ilə geridə olsa da, rəqibini 6:3 hesabı ilə məğlub edib. Bu qələbə Hacıya olimpiya lisenziyası qazandırıb.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0