Haitili futbolçu üçün yarış: "Neftçi", "Qarabağ", "Sabah"
26.06.2025 - 17:57
Haiti millisinin futbolçusu Jan Kevin Duvernen Misli Premyer Liqasında çıxış edə bilər.
Apasport.az saytına verilən məlumata görə, 27 yaşlı mərkəz müdafiəçisinə 3 klubu maraq göstərir.
Bunlar “Neftçi”, “Sabah”, "Qarabağ" klublarıdır.
Mənbənin iddialarına görə, Kevinin transferi üçün "Araz-Naxçıvan" da yarışa qoşulub.
Onun “Nant”la 2027-ci il iyununa qədər müqaviləsi var. Hazırda isə icarə əsasında Belçikanın "Kortreyk" klubunda çıxış edir.
Haitili karyerası ərzində “Lans”, “Brest” kimi komandalarda da çıxış edib.
- İntizam Komitəsinin iclası keçirilib
- “Qarabağ” Abbas Hüseynovla yollarını ayırdı - RƏSMİ
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kubokunda hakim qalmaqalı – İki sarı vərəqə göstərdi, qırmızı vermədi
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
3
0