İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
29.10.2026 - 11:53
İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq

Noyabrın 1-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarının cüdo yarışlarına start veriləcək.

Apasport.az xəbər verir ki, İbrahim Talıbov 55 kq çəki dərəcəsində noyabrın 1-də mübarizəyə qoşulacaq.

İbrahim Talıbov tatamiyə yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Yeniyetmələrin Yay Olimpiya Oyunlarında indiyədək bir qızıl və iki gümüş medal qazanıblar. Vüqar Talıbov 2018-ci ildə Buenos-Ayresdə 66 kq çəki dərəcəsində Olimpiya çempionu olub. Natiq Qurbanlı (55 kq) və Leyla Əliyeva (44 kq) isə 2014-cü ildə Nankində gümüş medala sahib çıxıblar. Yarış noyabrın 3-də yekunlaşacaq.