I Liqa klubu futbolçusu ilə müqaviləyə xitam verib
09.01.2026 - 15:33
Futbol üzrə I Liqa təmsilçisi "Difai" futbolçusu Roman Hüseynovla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Roman cari mövsümün əvvəlində paytaxt təmsilçisinə qoşulmuşdu.
0
0