I Liqa klubu sabiq futbolçusunu geri qaytarıb
17.01.2026 - 13:52
Futbol üzrə Azərbaycan I Liqası təmsilçisi “Difai” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə Ağsu klubunun mətbuat xidməti məlumat yayıb.
Komanda Seymur Rəhimovu yenidən heyətinə qatıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu 2023/24 mövsümündə də “Difai”nin formasını geyinib.
Qeyd edək ki, Rəhimovun son klubu “Şəfa” olub.
0
0