Gimnastlarımızdan beynəlxalq turnirdə 4 medal
11.10.2026 - 14:54
Azərbaycan gimnastları Çexiyada keçirilən beynəlxalq batut gimnastikası turnirində 3 qızıl və 1 gümüş medal qazanıblar.
Apasport.az xəbər verir ki, oktyabrın 9-dan 11-dək təşkil olunan yarışda idmançılarımız uğurlu çıxışları ilə yadda qalıblar.
Sinxron proqramda Nicat Mirzəyev və Ayan Şabanova 44,860 xalla gümüş medal qazanıblar. Ömər Asımlı və Məhəmməd Həsənli isə 45,210 xalla qızıl medala sahib çıxıblar.
Fərdi proqramda Ammar Baxşəliyev 55,830, Samirə Hüseynova isə 50,470 xalla qızıl medal əldə ediblər.
0
0