I Liqa: Lider xal itirdi
11.12.2025 - 18:22
I Liqa: Lider xal itirdi

Futbol üzrə Azərbaycan I Liqasında X tura yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Lider "Şəfa" "Zaqatala" ilə oyunda xal itirib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

"Səbail" isə öz meydanında "Difai"ni 3 cavabsız qolla məğlub edib - 3:0.

I Liqa, X tur

11 dekabr

"Şəfa" - "Zaqatala" 1:1
Qol: 
E.Cəfərov, 55 - O.Təhməzli, 74

"Səbail" - "Difai" 3:0
Qollar: 
R.Hacıyev, 5, E.Qasımov, 88, 90+4