İdmançılarımız Batumidən 2 medalla dönür
08.09.2024 - 17:31
Azərbaycan kamandan oxatanları Gürcüstanda keçirilən 29-cu beynəlxalq turnirdə iştirak ediblər.
Apasport.az xəbər verir ki, Fatimə Hüseynli və Məhəmmədəli Əliyev Batumidə gümüş medal qazanıblar.
Fatimə Hüseynli qadınlar arasında və Məhəmmədəli Əliyevlə birlikdə qarışıq komanda yarışında böyük əzmkarlıq göstərərək finala yüksəlib. Həlledici görüşdə məğlub olan təmsilçilərimiz yarışı 2-ci pillədə başa vurublar.
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0