İdmançımız dünya reytinqində 2 pillə irəliləyib
13.08.2026 - 15:54
Bocciaçımız Sona Ağayeva dünya reytinq cədvəlində 2 pillə irəliləyib.
Apasport.az xəbər verir ki, son olaraq Misirin paytaxtı Qahirədə keçirilən boccia üzrə Çellencer turnirində BC2 kateqoriyasında qızıl medal qazanan Sona Ağayeva bu nəticəyə əsasən 6,5 reytinq xalı əldə edib.
Bununla da xalını 38,2-yə çatdıran paralimpiyaçımız Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran reytinq cədvəlində 17-ci pillədən 15-ci pilləyə yüksəlib.
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0