III MDB Oyunlarının altıncı günündə 7 idman növü üzrə yarışlar baş tutacaq.
Apasport.az xəbər verir ki, Gəncə İdman Sarayında üzgüçülük yarışı davam edəcək.
Həmçinin burada voleybol matçları baş tutacaq. A qrupunda Rusiya Belarusla üz-üzə gələcək. B qrupunda Özbəkistan və Tacikistan qarşılaşacaq.
Qəbələ şəhər stadionunda növbəti futbol matçları keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla görüşəcək. B qrupunda isə Rusiya Özbəkistanla münasibətlərə aydınlıq gətirəcək.
Bundan başqa, Qəbələ Atıcılıq Mərkəzində stend atıcılığı (“skeet” və “trap” növləri) üzrə təsnifat və final qarşılaşmaları baş tutacaq.
Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları davam edəcək. A və B qruplarında növbəti görüşlər baş tutacaq. Həmçinin yarımfinal oyunları keçiriləcək.
Yevlax Olimpiya İdman Kompleksində boks üzrə yarışlarda 1/4 final görüşləri baş tutacaq.
Şəki Olimpiya İdman Kompleksində isə batut gimnastikası üzrə yarışlar başlayacaq.
- Bakıda avtomobil festivalı: Retro şou
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb