III MDB Oyunlarının dördüncü günündə 8 idman növü üzrə yarışlar baş tutacaq.
Apasport.az xəbər verir ki, Qəbələ Olimpiya Kompleksində stolüstü tennisdə həlledici görüşlər keçiriləcək.
Qəbələ şəhər stadionunda futbol üzrə 16 yaşadək (U-16) komandalar arasında növbəti görüşlər keçiriləcək.
B qrupunda Belarus Özbəkistanla üz-üzə gələcək. A qrupunda isə Qırğızıstan Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.
Qəbələ Atıcılıq Klubunda isə stend atıcılığı üzrə təsnifat və final görüşləri təşkil olunacaq.
Gəncə İdman Sarayında isə üzgüçülük yarışları davam edəcək.
Həmçinin burada voleybol oyunlarına da start veriləcək. A qrupunda Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək, B qrupunda isə Belarus və Qırğızıstan komandaları qarşılaşacaq.
Göygöl Olimpiya Kompleksində sambo üzrə yarışlar keçiriləcək. Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Mərkəzində isə taekvondo yarışları baş tutacaq.
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb