Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışlarında final qarşılaşmaları baş tutuacaq.
Apasport.az xəbər verir ki, ötən gün həm kişi, həm də qadın komandaları arasında finalçılar müəyyənləşdi.
Yarımfinal görüşlərinin nəticələrinə əsasən hər iki kateqoriyada Azərbaycan və Rusiya yığmaları finala vəsiqə qazanıblar.
Stolüstü tennis (kişilər), final:
10:00. Azərbaycan – Rusiya
Stolüstü tennis (qadınlar), final:
10:00. Azərbaycan – Rusiya
Bundan başqa, bu gün stolüstü tennisdə individual yarışlar başlayır.
Maraqla gözlənilən digər idman növü futbolda ilk oyunlar da bu gün başlayacaq. Qəbələ şəhər stadionunda A qrupunda yer alan Azərbaycan və Tacikistan və B qrupunda qərarlaşan Belarus və Rusiya yığmaları qarşılaşacaq.
A qrupu
12:00. Tacikistan – Azərbaycan
B qrupu
14:00. Belarus – Rusiya
- Bakıda avtomobil festivalı: Retro şou
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb