"İmişli" baş məşqçisi ilə yollarını ayırdı
20.06.2025 - 19:51

Bu mövsüm Misli Premyer Liqasına vəsiqə qazanan "İmişli"də ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Fərid Namazov komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"İmişli" Fərid Namazov olmaqla məşqçilər korpusuna göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 32 yaşlı mütəxəssis ötən ilin avqust ayından komandaya rəhbərlik edirdi.
0
0