“Gəncə” FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb
29.10.2026 - 21:46
“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Murad Dikmənin baş məşqçisi olduğu kollektiv IV turda Portuqaliyanın “Sportinq” klubunu qəbul edib.
Gəncə İdman Sarayında keçirilən qarşılaşma təmsilçimizin 69:67 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, C qrupunda mübarizə aparan “Gəncə” daha əvvəl Yunanıstanın “Kolossos” (62:80) və Türkiyənin “Esenler Erokspor” (63:92) komandalarına məğlub olub. Komandanın III turda Bolqarıstan təmsilçisi “Rilski Sportist”lə görüşü isə təxirə salınıb.
0
0