İranlı azarkeşlər bazar günü gecə saatlarında Portuqaliya yığmasının Saranskda məskunlaşdığı otelin önünə gələrək, səs-küy salmağa başlayıblar. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, nəticədə Kriştianu Ronaldo otağının pəncərəsindən etdiyi jestlərlə yatmaq istədiyinə işarə vurub və onlardan sakitləşmələrini xahiş edib.
Fanatlar ulduz futbolçunun bu hərəkətini alqışlarla qarşılasalar da, onun istəyini yerinə yetirməyiblər.
Qeyd edək ki, bu gün keçiriləcək Portuqaliya – İran matçına Saranskdakı “Mordovia Arena” ev sahibliyi edəcək. Görüş hər iki komanda üçün növbəti mərhələyə adlamaq baxımından böyük əhəmiyyət daşıyır.
- Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması Asiya Kubokunda qızıl medal qazanıb
- Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
- Zəfər Gününə həsr olunan kamandan oxatma turniri keçirilib
- Azərbaycan nümayəndələri Rusiyada beynəlxalq idman forumunda iştirak edirlər
- Azərbaycan Türk Dövlətləri Təşkilatının Bişkekdəki idman toplantısında təmsil olunub