Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında 5 növdə mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi qrup mərhələsində iki oyun keçirəcək.
Komanda Bakı vaxtı ilə saat 17:00-da meydan sahibləri ilə üz-üzə gələcək. Növbəti görüş isə 21:10-da Türkiyə yığmasına qarşı olacaq.
Paraatlet Samir Nəbiyev (F57) nüvə atma, atlet Yekaterina Sarıyeva üçtəkanla tullanmada bacarığını göstərməyə çalışacaq.
Qılıncoynatmanın şpaqa növündə Ruslan Həsənov, Vahab Fətullayev, sablya növündə Palina Kaspiaroviç və Səbinə Kərimova mübarizə aparacaqlar.
Taekvondoçulardan Nərgiz Kazımova (63 kq), Riyad Şirəliyev (67 kq) və Eltac Qafarov (+83 kq) dayanq üzərinə çıxacaqlar.
Həndbol üzrə Azərbaycan millisi Qazaxıstan ilə münasibətlərə aydınlıq gətirəcək.
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO